FHN qüvvələrindən ibarət dördüncü qrup Türkiyəyə yola düşəcək

06 Avqust 2021 - 16:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti – dördüncü qrup bu gün axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.

Bu barədə  FHN-dən məlumat verilib.

Yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.