Azərbaycan Qafan-Gorus yolunda nəzarət-buraxılış məntəqəsi yaradır

11 Noyabr 2021 - 00:26

Azərbaycanın Qafan-Gorus avtomobil yolunda nəzarət-buraxılış məntəqəsi yaratması gözlənilir.

Yolun Azərbaycan ərazisindən keçən hissəsində yaradılacaq məntəqə gömrük və sərhəd xidməti nəzarəti həyata keçirəcək.

Nəzarət-buraxılış məntəqəsinin noyabrın 11-dən yaradılması gözlənilir.

Azərbaycanın bununla bağlı artıq Ermənistan tərəfini məlumatlandırdığı bildirilir.(APA)