Azərbaycan qazının Rumıniyaya çatdırılmasına dair Buxarestdə müqavilə imzalanıb.
Bu barədə Rumıniya Prezidenti Klaus Yohannis “Twitter“də bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyev ilə Rumıniya-Azərbaycan Strateji Tərəfdaşlığının möhkəmləndirilməsi ilə bağlı əla müzakirəmiz oldu. Enerji təhlükəsizliyi və əlaqələnmə bizim ümumi məqsədlərimizdir. Mən bugünkü iki mühüm hadisəni də alqışlayıram: Azərbaycan təbii qazının Rumıniyaya çatdırılması üçün milli qaz şirkətlərimiz tərəfindən imzalanmış müqavilə və Aİ-nin dəstəyi ilə Rumıniya-Azərbaycan-Macarıstan-Gürcüstan tərəfindən imzalanmış Qara dəniz enerjisi sualtı xətti barədə Saziş”, – Prezident bildirib.