Azərbaycan qırıcı təyyarələri Türkiyədə nümunəvi uçuşlar keçirəcək

18 Sentyabr 2021 - 18:07

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.
Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.