“Azərbaycan-Rusiya sərhədinin demarkasiya prosesi davam edir” –Xələf Xələfov

 Bakı yay aylarında Moskva ilə Azərbaycan-Rusiya sərhəddinin demarkasiyası ilə bağlı müzakirələrin fəallaşacağına ümid edir. 
Azpost.info bildirir ki, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Azərbaycan-Rusiya sərhəddinin demarkasiya prosesi davam edir. Ötən il pandemiya üzündən bir sıra tədbirləri təxirə salmalı olduq. Ümid edirəm bu il, yay aylarında bu istiqamətdə biz fəallığı artıracağıq”.

Rusiya və Azərbaycan arasında sərhəd 3 oktyabr 2010-cu ildə imzalanmış sazişlə müəyyən edilib. Saziş 2011-ci il iyulun 18-də qüvvəyə minib. İki ölkə arasında quru sərhəddinin uzunluğu 284 kilometrdir.

Əvvəl tərəflər sərhəddə heç bir mübahisəli məsələnin qalmadığına dair bəyanat vermişdilər. Sərhədlə bağlı Sazişi hər iki dövlətin parlamenti təsdiq edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir