Azərbaycan, Türkiyə və Gürcüstan gömrük məsələləri üzrə üçtərəfli komitə yaradır.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
“Azərbaycan, Türkiyə və Gürcüstan arasında gömrük məsələləri üzrə üçtərəfli komitənin yaradılması haqqında Protokolu həmkarlarımla birgə imzaladıq. Əminəm ki, Komitə üç ölkə arasında gömrük işi sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə öz töhfəsini verəcək”, – deyə DGK sədri vurğulayıb.