Azərbaycan və Emənistan parlament sədrlərinin növbəti görüşünün tarixi məlum olub

May ayının ortalarında Parlamentlərarası İttifaqın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında yeni görüşün keçirilməsinə dair razılıq əldə olunub.

Bunu Ermənistan parlamentinin sədri Alen Smonyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova ilə görüşdə tərəflər qarşılıqlı inamsızlığın hökm sürdüyünü anlayıblar.

“Sahibə Qafarova bildirib ki, Azərbaycan tərəfindən heç bir təxribat hazırlanmır. Parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edilib və ilkin razılığa əsasən, görüş mayın ortalarında baş tutacaq”, – Simonyan qeyd edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.