Azərbaycan və Ermənistan baş nazirləri Əli Əsədov və Nikol Paşinyan Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisi yaxınlığındakı Muxranidə görüş keçirib.
Azpost.info xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Danışıqların təfərrüatları açıqlanmayıb.
Gürcüstanın “İmedi” telekanalının məlumatına görə, baş nazirlərin görüşü bir neçə saat davam edib.
Azpost.info