“Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycan arasında təmasın təşkili üçün tərəflərə Moskvada yer verməyə hazır olduğunu təsdiq edib”.
Azpost.info bildirir ki, bu barədə Rusiya XİN-inin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə keçirdiyi telefon danışıqlarının yekunları ilə bağlı yaydığı məlumatda vurğulanıb.
“Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının növbəti görüşünün keçirilməsinin təşkil etməyə hazırıq”-deyə məlumatda qeyd olunur.
XİN rəhbəri Lavrov qeyd edib ki, Rusiya həm milli baxımdan, həm də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə münaqişənin siyasi-diplomatik həlli üçün vasitəçilik səylərini davam etdirəcək.