Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan və Ermənistanın sülh şəraitində yanaşı yaşaması üçün tarixi imkan olduğuna qəti şəkildə inanırıq

User 30 Noyabr 2023 - 23:07 (Last updated: 21 May 2025 - 20:15)
6568d4b2e2db66568d4b2e2db717013690106568d4b2e2db26568d4b2e2db4

Dağıntılara və sağalmamış yaralara baxmayaraq, Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarı məhz Azərbaycan oldu.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında çıxışında bildirib.

XİN başçısı qeyd edib ki, digər aktorların başlatdığı geosiyasi intriqaların davam etdirilməsi qeyri-məhsuldardır və bu, yalnız sülhün ləngiməsinə xidmət edir.

“Dağıntılara və sağalmamış yaralara rəğmən, bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanıma və hörmət əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarı məhz Azərbaycan oldu. Təəssüf ki, Azərbaycanın sülhə birmənalı sadiqliyinə baxmayaraq, proses yeni ləngimələrə məruz qalır. Ermənistanın sülh sazişi layihəsinə öz düzəlişlərini edərək təqdim etməsi iki aydan çox çəkdi. Eyni zamanda, müəyyən üçüncü tərəflərin qərəzli və birtərəfli fəaliyyətləri də prosesə ciddi təsir etdi. Bütün bu problemlərə baxmayaraq, Azərbaycan sülh sazişinin yekunlaşdırılması üçün birbaşa danışıqların ən qısa zamanda davam etdirilməsinə sadiq qalır. Biz Ermənistana açıq şəkildə ortaq dövlət sərhədində və ya qərəzsiz, neytral üçüncü ölkədə görüşməyi təklif etdik. Biz Azərbaycan və Ermənistanın yaxşı qonşuluq münasibətlərinin əsasını qoyması və iki suveren ölkə kimi sülh şəraitində yanaşı yaşaması üçün tarixi imkan olduğuna qəti şəkildə inanmağa davam edirik. Bunun üçün Ermənistan başa düşməlidir ki, sülhə gedən yol qonşuları ilə ikitərəfli dialoq və normal münasibətlərdən keçir. Digər aktorların başlatdığı geosiyasi intriqaların davam etdirilməsi qeyri-məhsuldardır, çünki bu, yalnız qarşıdurmanın davam etdirilməsinə və sülhün ləngiməsinə xidmət edir”, – Ceyhun Bayramov bildirib.

Post navigation

Previous: Ermənistana casusluq edən Azərbaycan vətəndaşına 17 il həbs cəzası verildi –
Next: Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxış edib

Oxşar xəbərlər

ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44
az avropa
  • Siyasət

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin razılaşdırılması müzakirə edilib

User 22 Oktyabr 2026 - 15:25
paşşşinyan
  • Siyasət

Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər təxirə salınması planımızda yoxdur- PAŞİNYAN

User 22 Oktyabr 2026 - 12:11

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.