Ermənistana casusluq edən Azərbaycan vətəndaşına 17 il həbs cəzası verildi –QƏRAR

Bakı Ağır Cinayətlər Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan Aydın Zəkiyevi 17,5 il müddətinə azadlıqdan məhrum edib. O, 2021-ci ilin oktyabrında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq Zəkiyevin Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqla məşğul olduğunu, üçüncü dövlətlərin ərazisində onların nümayəndələri ilə görüşdüyünü müəyyən edib.

Ermənistan tərəfin tapşırığı ilə Zəkiyev Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti haqqında məlumat toplayır və ötürürdü. Bundan başqa, o, Ermənistandan ona göndərilən, Azərbaycanda etnik ayrı-seçkilik salmağa yönəlmiş mətnləri yayırdı.

Əvvəlki məqalə

MM Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin hesabatlarına etiraz edib

Sonrakı məqalə

Azərbaycan və Ermənistanın sülh şəraitində yanaşı yaşaması üçün tarixi imkan olduğuna qəti şəkildə inanırıq