Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinə gedib

User 25 Aprel 2024 - 11:31 (Last updated: 21 May 2025 - 20:15)
fuzuli1

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qırğızıstan Prezidenti Sadır Japarova işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumat verdi. Qeyd edildi ki, inşa olunacaq Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaq.

Sonda dövlət başçılarına Füzulinin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək rəqəmsal həllərdən istifadə etməklə, ənənəvi şəbəkə və xidmətlərin daha səmərəli olmasının təmin edilməsi məqsədilə hazırlanmış “ağıllı şəhər” konsepsiyası irəli sürülüb. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları, “Poeziya” meydanı, amfiteatr, kafe-restoranlar və s. fəaliyyət göstərəcək. Burada müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaq.

Vurğulandı ki, ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu ilin martında Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi, eləcə də Prezident Sadır Japarovun təşəbbüsü ilə Ağdam rayonunda Qırğızıstan tərəfindən tikiləcək orta məktəbin təməlinin qoyulması ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının parlaq nümunələridir.

Həmçinin bildirildi ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolun uzunluğu 64,8 kilometrdir.

 

**

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planıla tanış olublar.

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar.

Post navigation

Previous: “Makron real hərəkətlərdənsə, səs-küylü bəyanatlara üstünlük verir”
Next: Bu il neçə şəxsə sosial müavinət və təqaüd təyin olunub?

Oxşar xəbərlər

aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB

User 23 Oktyabr 2026 - 14:58
yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19

xƏBƏR

qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Axşam yeməyi yuxunun keyfiyyətinə, həzm sisteminin fəaliyyətinə, gecə ərzində orqanizmdə gedən bərpa proseslərinə və səhər iştahasına təsir...
Read more about Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.