Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri Nyu-Yorkda görüşüb.
Rusiya XİN-nin məlumatına görə, BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin ilə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev arasında görüş keçirilib.
Diplomatlar Nyu-Yorkda keçirilən BMT-nin Gələcək Sammitinin aktual məsələləri və inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərə effektiv həll yollarının tapılmasının zəruriliyini də müzakirə ediblər.