Azərbaycan və Türkiyə hərbi təyyarələri birgə uçuş tapşırıqlarını yerinə yetirib

08 Sentyabr 2021 - 10:37

TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tapşırığın senarisinə uyğun olaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.