Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri görüşdü

13 Sentyabr 2021 - 12:41

Ankarada səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev Türkiyə Ordusunun Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərlə görüşüb.

Kərim Vəliyev Fəxri Qarovulun önündən keçib.

Daha sonra Türkiyə və Azərbaycanın Baş Qərargah rəisləri arasında görüş keçirilib.