Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşə gedir

26 Oktyabr 2020 - 00:23

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İsveçrəyə səfər edəcək.

Səfər oktyabr ayının 29-na planlaşdırılıb.

Səfər zamanı Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək. (Report)