Azərbaycana gələn Türkiyəli hərbi istehkamçılar hazırlıq prosesinə başlayıb –

FOTO
22 Dekabr 2020 - 13:11

Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti xüsusi hazırlanmış mühəndis şəhərciklərində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə məşqlər keçirir. 

Müdafiə Nazirliyindən verilən xəbərə görə, məşqlər zamanı istehkamçılar ərazinin kəşfini aparır, xüsusi avadanlıqdan və təlim keçmiş itlərdən istifadə etməklə minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim tapşırıqlarını icra edir.

Hazırlıq prosesi bitdikdən sonra türkiyəli mütəxəssislər azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesinə cəlb olunacaq.