Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycana mal idxal edən ilk “beşlik”də hansı ölkələr yer alır? –

User 18 Avqust 2023 - 09:13 (Last updated: 21 May 2025 - 20:15)
gomruk02

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,4 faiz azalıb, real ifadədə isə 2,5 faiz, o cümlədən idxal 8,5 faiz, ixrac 0,6 faiz artıb.

Azpost.info bildirir ki, Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 92,6 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Yunanıstan, Hindistan, İspaniya, İsrail, Türkmənistan, Çexiya, Gürcüstan, Rumıniya, Fransa, İrlandiya, ABŞ, İran, Qazaxıstan, Yaponiya, Bolqarıstan, Avstriya, Koreya, Xorvatiya və Belarus ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,8 faizi Rusiyanın, 15,4 faizi Çinin, 14 faizi Türkiyənin, 5,9 faizi Almaniyanın, 5,4 faizi Türkmənistanın, 3,5 faizi Fransanın, 3 faizi ABŞ-ın, 2,9 faizi İranın, 2,6 faizi İtaliyanın, 2,4 faizi Yaponiyanın, 2,3 faizi Koreyanın, hər biri 1,9 faiz olmaqla Qazaxıstan və Belarusun, 1,8 faizi Birləşmiş Krallığın, 1,4 faizi Ukraynanın, 1,3 faizi Hindistanın, 1,2 faizi Braziliyanın, 1 faizi Polşanın, hər biri 0,8 faiz olmaqla Vyetnam və Niderlandın, 11,7 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, mineral məhsulların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

İdxal olunan malların 62,8 faizini avtomobil, 14,7 faizini dəmir yolu, 10,3 faizini dəniz, 9,1 faizini hava nəqliyyatı ilə gətirilmiş, 3,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

 

Azpost.info

Post navigation

Previous: Füzuli şəhərinə ilkin olaraq 267 ailənin köçürülməsi planlaşdırılır
Next: Bərdədə Qazi və Vətən müharibəsi iştirakçıları üçün seminar təşkil olunub –

Oxşar xəbərlər

erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.