“Azərbaycana qarşı təcavüz Ermənistanın öz ərazisindən həyata keçirilir” –

Prezidentin köməkçisi
29 Sentyabr 2020 - 13:39

“Bu gün səhər radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistanın Vardenis rayonu ərazisindəki mövqelərindən Azərbaycanın Daşkəsən rayonunu və digər bölgələrini artilleriyadan atəşə tutub”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu onu göstərir ki, Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın öz ərazisindən də həyata keçirilir: “Bu hadisələr Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz aktı kimi qiymətləndirilir ki, burada da suveren dövlət olan Ermənistanın ərazisindən Azərbaycana qarşı növbəti hücum akt həyata keçirilib”.