Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Azərbaycanda ətin qiyməti yüksəkdir” –

User 12 Sentyabr 2025 - 13:19 (Last updated: 12 Sentyabr 2025 - 13:24)
et satisi bazar

Hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir.

AzPost APAya istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Tahir Rzayev deyib.

“Bunun səbəblərindən biri odur ki, bəzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımı qaydada çıxara bilmirlər. Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bu mənada bələdiyyələr çox böyük rol oynaya bilər. Bələdiyyələrin hər biri öz ərazilərində qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər. Bundan həm də bələdiyyə qazana bilər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür”, – deyə komitə sədri qeyd edib.

Deputat Azər Badamov isə mal-qaranın sayının azalmasının səbəblərindən birinin peyvəndlənmə olduğunu söyləyib: “Peyvəndlər alınır və yerlərə göndərilir. Amma o peyvəndlənmənin hansı səviyyədə aparılmasına nəzarətin həyata keçirilməsində boşluqlar var. Bu boşluq da ölkədə həmin sahədə olan baytar mütəxəssislərin azlığı ilə bağlıdır. Regionlarda, yerlərdə peyvəndlənmənin aparılması üçün kifayət qədər baytar yoxdur. Dövlət qurumu peyvəndləri idarələrə göndərir, rayon idarələri isə fərdi baytarlarla müqavilələr bağlayaraq bu işi icra edirlər. Lakin özəl fəaliyyət göstərən baytarların gördükləri işlər üzərində bir nəzarət mexanizmi yoxdur. Onlar həmçinin fiziki cəhətdən də peyvəndlənmənin geniş şəkildə aparılmasına qadir deyillər. Özəl baytarların maddi-texniki bazası soyuq zəncirin qorunub saxlanılmasına imkan vermir. Heyvanlarının sayının azalmasının səbəblərindən biri də bu məsələdir”.

AzPost.az

Post navigation

Previous: Səkkiz ayda Azərbaycanda 65 min körpə doğulub
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.