31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmayıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 243 nəfərdir, onlardan 11 pasiyentin vəziyyəti orta ağır, 3 isə ağırdır. Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 273-dur, onlardan 26 nəfəri sağalmışdır. Koronavirusa yoluxmuşlar arasında 4 ölüm faktı qeydə alınıb.
Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.