Azərbaycanda 273 nəfər koronavirusa yoluxub –OPERATİV QƏRARGAH

31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında yeni  koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmayıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 243 nəfərdir, onlardan 11 pasiyentin vəziyyəti orta ağır, 3 isə ağırdır. Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 273-dur, onlardan 26 nəfəri sağalmışdır. Koronavirusa yoluxmuşlar arasında 4 ölüm faktı qeydə alınıb.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda ipoteka kreditləri ilə bağlı yeni proqram təqdim olunacaq

Sonrakı məqalə

Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib