Azərbaycanda daha bir zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ saat 08:12-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu ərazisində qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.8, dərinliyi 3 km olub.
Zəlzələ hiss olunmayıb.
***
10:52
Hacıqabulda yenidən zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, zəlzələ saat 08:11-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Hacıqabul rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3.9, dərinliyi 3 km olub.
10:38
Hacıqabulda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, zəlzələ yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 4, dərinliyi 3 km olub.