Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib

20 İyul 2020 - 16:29

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

APA-nın məlumatına görə, Cəlilabad rayonu, Qarazəncir kənd həkim məntəqə müdiri Pirverdi Hümbətov bu gün vəfat edib.

Qeyd edək ki, P.Hümbətov Cəlilabad rayon Mərkəzi Xəstəxanasında müalicə olunurmuş. Bu gün o, “Yeni Klinika”ya köçürülən zaman yolda vəfat edib.