“Azərbaycanda aviasiya haqqında” Qanun layihəsinin işlənilməsi tamamlanıb və burada hətta dronların qeydiyyatı ilə bağlı qaydalar var”.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev innovasiya ekosistemi nümayəndələri ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, “Aviasiya haqqında” Qanun qəbul edilən kimi, dronların qeydiyyatı elektronlaşdırılacaq.
“Dronların qeydiyyatı ilə bağlı qaydalar var. Burada dronların elektron şəkildə qeydiyyatından söhbət gedir. Burada kifayət qədər mütərəqqi yanaşma mövcuddur”, – nazir qeyd edib. (APA)