Azərbaycanda Formula 1 bu tarixdə keçiriləcək –

Təqvim məlum oldu
22 Sentyabr 2021 - 11:39

Formula 1 üzrə gələn il keçiriləcək dünya çempionatının ilkin təqvimi məlum olub.

İlk yarış martın 20-də Bəhreyndə keçiriləcək.

Mövsüm noyabrın 20-də Abu-Dabidə yekunlaşaçaq. Azərbaycan Qran-Prisi isə iyunun 12-də təşkil olunacaq.

Ümumilikdə mövsümdə 23 yarışın keçirilməsi planlaşdırılır.