Dünyada koronavirusa yoluxma hallarında azalma müşahidə olunub –ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusa yoluxma ilə bağlı rəsmi statistikasında ötən həftə yoluxma hallarında azalma müşahidə edilib.

Ötən həftə beynəlxalq quruma 3,67 milyon yeni yoluxma halı barədə məlumat daxil olub və bu, öncəki həftə ilə müqayisədə 9 faiz azalma deməkdir. İyun ayından etibarən tədricən artan yoluxma halları avqust ayında platoya çatıb. Yoluxmalarda geriləmə Afrika istisna olmaqla bütün qitələrdə müşahidə olunur, Afrikada isə yoluxmalarda cüzi artım baş verib. Həftəlik müqayisədə ölüm halları da 7 faiz azalaraq təxminən 60 minə düşüb.

ÜST statistik göstəricilərin gedişatındakı dəyişikliyin hansı səbəblərdən doğması barədə açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda Formula 1 bu tarixdə keçiriləcək –

Sonrakı məqalə

Ölkədə əlbəyaxa döyüşün ustadlarından sayılan Süleyman Məmmədli vəfat edib –