Azərbaycanda gənc jurnalist və körpəsi koronavirusdan vəfat etdi –

FOTO
18 Noyabr 2021 - 18:36
Koronavirusa yoluxma Press.az saytının əməkdaşı Aygün Əlizadənin həyatına son qoyub.
Qaynarinfo xəbər verir ki, Aygün Əlizadə oktyabrın 30-da koronavirusa yoluxub. O, hamilə olduğu üçün virus əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilməyib.
Noyabrın 8-də onu Yevlax rayon xəstəxanasından təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər.
Xəstəxanaya daxil olduqda Aygün Əlizadənin vəziyyəti olduqca ağır qiymətləndirilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, köməkçi tənəffüs aparatına qoşulub.
Noyabrın 16-da 29 yaşlı Aygün Əlizadə doğulmamış körpəsi  ilə birgə vəfat edib.
Qeyd edək ki, mərhumun 5 yaşlı övladı qalıb.