ATƏT sədri Qarabağla bağlı vəziyyəti müzakirə etmək üçün Moskvaya gəlir

ATƏT-in sədri Ann Linde Qarabağla bağlı vəziyyəti müzakirə etmək üçün sabah Moskvaya gəlir. 

Azpost.info bildirir ki, bu barədə Rusiya XİN-in yaydığı açıqlama bildirlir.

Linde ATƏT sədri olaraq ikinci dəfədir Moskvaya gəlir.

“Danışıqlar zamanı ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün vasitəçilik səyləri ilə bağlı məsələlərə toxunulacaq. Həmçinin Cənubi Qafqazada təhlükəsizlik və sabitliklə bağlı təşkilatın Cenevrdə diskkusiyaarı üçün vasitəçilik məsələsi müzakirə olunacaq”-deyə açıqlamada vurğulanır.

Ann Linde dünən və bu gün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə telefonla danışıb.

Qeyd edək ki, rəsmi Bakı Minsk Qrupunun Qarabağla bağlı “köhnə format”da danışıqların bərpasının əleyhinədir. Azərbaycan yalnız humanitar məsələlərlə bağlı Minsk Qrupunun görə biləcəyi işləri müzakirə etməyə hazır olduğunu bəyan edib. Ermənistan isə sülh danışıqlarının Minsk Qrupunun egidası altında aparılmasını istəyir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirdi

Sonrakı məqalə

Azərbaycanda gənc jurnalist və körpəsi koronavirusdan vəfat etdi –