Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsində əksini tapıb.
Hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub.
Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.