Milli Məclisin iclası başlanıb, 32 deputat qatılmayıb –Spiker "iclaslar onlayn keçiriləcək" deyib

Milli Məclisin növbəti plenar iclası başlayıb.

İclasda 125 deputatdan 93 nəfər iştirak edir. İclasın gündəliyinə 16 məsələ daxil edilib.

Spiker Sahibə Qafarova deyib ki,Milli Məclis də koronavirusa qarşı mübarizə prosesinə qoşulur. S.Qafarova bildirib ki, hazırda Milli Məclisin komitə və komissiyalarının iclasları onlayn keçirilir: “Lazımı təchizat yarandıqdan sonra Milli Məclisin plenar iclasları da onlayn keçiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirus “Qremmi” mükafatçısı olan amerikalı müğənnini öldürdü

Sonrakı məqalə

Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı