“Azərbaycanda hazırda 94 faiz yayılan “Delta” ştammıdır” –

Operativ Qərargah
20 Avqust 2021 - 11:54

““Delta” ştammı xüsusi sürətlə yayılır. Biz onu Azərbaycanda aşkarlayandan sonra bilirik ki, hazırda ölkəmizdə yayılan ştamm “Delta” ştammıdır”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, hər bir xəstənin “Delta” yaxud “Alfa” ştammı olmasının təyin olunmasının tibbi heç bir əhəmiyyəti yoxdur: “Bizə əsas əhəmiyyətli olan xəstənin vəziyyətdir”.

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə deyib ki, Azərbaycanda hazırda 94% yayılan “Delta” ştammıdır. Bununla bağlı tədqiqat aparılmışdı. Ona görə də maskadan istifadə çox mühümdür”.