“Ölkədə istifadə olunan vaksinlərin effektivliyi ÜST-ün qoyduğu tələblərə uyğundur” –TƏBİB

“Əgər ÜST hansısa vaksinin istifadəsinə icazə verirsə, bu o deməkdir ki, həmin vaksin effektivdir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, heç bir vaksinin effektivliyi 100% olmur: “Hər zaman orada effektivlik faizi olur. Bu gün Azərbaycanda istifadə olunan vaksinlərin effektivliyi ÜST-ün qoyduğu tələblərə uyğundur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Peyvəndləməni 60 faizə qaldıra bilsək, Azərbaycanda pandemiya bitəcək” –

Sonrakı məqalə

“Azərbaycanda hazırda 94 faiz yayılan “Delta” ştammıdır” –