Azərbaycanda jurnalistlərinin, fəalların telefonları izlənilib? –

Xüsusi xidmət sözçüsü nələri dedi...
19 İyul 2021 - 20:59

“Pegasus” adlanan İsrail casus proqramı vasitəsi ilə Azərbaycanın 70-dən yuxarı KİV rəhbərinin, ictimai fəalların, jurnalistlərin teıefonlarını izləmək iddiası xəbər məkanında bomba kimi partlayıb.

Hələlik bu iddialara qarşı rəsmi Bakı heç bir açıqlama verməyib. Lakin “Yeni Müsavat” Media Qrupunun rəhbərliyi ölkənin xüsusi xidmət orqanlarının rəhbər kadrosuna aid bir yetkili ilə danışa biliblər.

Qeyri – rəsmi aparılan bu danışqda məqsəd yayılan siyahı və iddialara münasibətdə peşəkar rəy almaq olub.

Siyahını dərc etməzdən öncə bildirək ki, İsrail bu texnologiyanı bir zamanlar Fələstin fəallarını izləmək, onları nəzarətdə saxlamaq üçün yaradıb. Sonra bu vasitəyə böyük tələbat olduğu ortaya çıxıb. Bundan sonra “NSO” bütün dünyada fəaliyyətini genişləndirməyə başlayıb.

Heç də təsadüfi deyil ki, “Forbes” jurnalı əsası 2010-cu ildə qoyulmuş “Pegasus”u “dünyanın ən aqressiv mobil casus şəbəkəsi” kimi xarakterizə edib.

“BBC” yazır ki, bu şirkətin izlədiyi 50 min adamla bağlı məlumatlar media mərkəzlərinə sızıb. İsrail şırkəti hələ ki, bu ittihamları rədd edir.

Bazar günü “The Washington Post”, “The Guardian”, “Le Monde” və daha 14 dünyaca məşhur nəşr bu şirkətin cinayətlərindən yazıb.

“Pegasus” “iPhone” və “Android” cihazlarına daxil edilərək, özəl məlumatlara qeyri-qanuni giriş əldə edib.

Bəzi məlumatlara görə, 50 ölkədən olan min nəfərin telefonları bu şirkətin “çətiri” altında olub.

Siyahıda dövlət başçılarının, siyasətçilərin, ərəb kral ailələrinin adı var. 180 jurnalistin də adı açıqlanan siyahıda yer alır. “CNN”, “The New York Times” və “Al Jazeera” kimi nüfuzlu media mərkəzlərinin nümayəndələri də izlənilən jurnalistlər arasındadır.

Bizdən bu siyahıda kimlər var? Gəlin yayılan azərbaycanlı adların böyük qisminə nəzər salaq.

Bəri başdan da bildiririk ki, buradakı adların bir çoxu göstərir ki, ölkəmizə dair bu iddialar ən azından, şişirdilib, ya da yalandır. Çünki bu siyahıdakı insanların böyük əksəriyyətinin dinlənilməsinin hər hansı anlamı yoxdur.

Siyahı bunlardır:

Xədicə İsmayıl
Elçin Şıxlı
Əvəz Zeynallı
Natiq Cavadlı
Azər Ayxan
Rauf Arifoğlu
Eynulla Fətullayev
Qənimət Zahid
Anar Orucov
Mirşahin Ağayev
Arif Əliyev
Sevinc Vaqifqızı
Bahəddin Həziyev
Seymur Kazımov
Təzəxan Mirələmli
Şahvələd Çobanoğlu
Cəsur Sumerenli
Mehman Əliyev
İslam Şıxəli
Aynur Elgünəş
Aytən Məmmədova
Gülər Mehdizadə
Fizza Heydərova
Rövşən Hacıbəyli
Xalid Bahadır
Müşfiq Cabbar
Pərviz Həşimli
Vidadi Məmmədov
Aytən Fərhadova
Aydın Canıyev
Elkin Xəlilov
Əziz Kərimov
İnarə Rafiqqızı
Sücəddin Şərifov
Zamin Hacı
Elxan Şükürlü
Vahid Mustafayev
Elnur Astanbəyli
Zahir Əzəmət
Ramin Deko
Vüsala Mahirqızı
Aynur Camalqızı
Orxan Adıgözəl
Bəxtiyar Hacıyev
Şəhla İsmayıl
İntiqam Əliyev
Şura İbrahimova
Ülvi Həsənli
Füzuli Hüseynov
Mirvari Qəhrəmalı
Bayram Məmmədov
Elmira Rəhimova
Ruslan İzzətli
Səadət Bənənyarlı
Fatimə Movlamlı
İlkin Rüstamzadə
Səidə Qocamanlı
Akif Qurbanov
Mehman Hüseyov
Nihad Hüseyn
Turan İbrahim
Əbülfəz Qurbanlı
Zaur Əkbər
Anar Məmmədli
Elman Fəttah
Xalid Ağaliyev
Ziya Quliyev
Mehriban Rəhimli
Turqut Qəmbər
Arzu Abdullayeva
Zəfər Əhmədli
Rəsul Cəfərov
Bəşir Süleymanlı.

“Yeni Müsavat” Media Qrupunun rəhbərliyi ölkənin xüsusi xidmət orqanlarının rəhbər kadrları ilə əlaqə saxlayıb, bu məsələyə münasibət öyrəniblər. Onlar bu iddiaları cəfəng və yalan adlandırıblar: “Hər bir xüsusi xidmət orqanı kimi, bizim də dinlədiyimiz adamlar, şübhəlilər var və bunların hamısı qanuni yollarla həyata keçirilir. Bizim dinlədiyimiz şəxslərin siyahısı ilə yayılan siyahı arasında heç bir əlaqə yoxdur. Biz, xüsusi proqramla xaricdə kimləri isə dinləyə bilsəydik, əmin olun, bunlar ilk növbədə xarici düşmənlərimiz, Ermənistan ərazisindəki terroristlər, Azərbaycana qarşı cinayət törətmiş şəxslər olardılar. Siyahıda bir nəfər də olsun, erməni terroristinin adı yoxdursa, bu siyahının etibarlılığı barədə danışmağa gərək də yoxdur”.

Azərbaycan xüsusi xidmət orqanının yetkilisi birmənalı şəkildə bildirir ki, bu siyahıdakı şəxslərin telefonları dövlət qurumları tərəfindən dinlənilməyib.