Robert Koçaryan deputat mandatından imtina etdi

Ermənistanın sabiq prezidenti, seçkilərdə “Hayastan” blokunun baş nazirliyə namizədi olmuş Robert Koçaryan deputat mandatından imtina edib.

Azpost.info bildirir ki, bu barədə Koçaryan yaydığı bəyanatda bildirib.

O, imtina barədə rəsmi ərizəsini bu gün MSK-ya təqdim edib.

Mən xaraktercə icraçı adamam. Əminəm ki, indi öz yerimi komandama güzəştə getmək daha yaxşı olar. Onların hər biri yaxşı deputat olacaq”.

Koçaryan deyib ki, Ermənistan prezidenti postundan sonra deputat mandatı onu cəzb etməyib. “Seçkidə mənə səs verənlər baş nazir postunda görmək istəyirdilər”.

“Parlamentdə olmamağım mübarizədən çəkilməyim demək deyil. Mən “Hayastan” blokunun lideri olaraq qalıram”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda jurnalistlərinin, fəalların telefonları izlənilib? –

Sonrakı məqalə

Ermənistan silahlı qüvvələri Naxçıvandakı mövqelərimizi atəşə tutub