Azərbaycanda koronavirusa yoluxan iki şəxs vəfat etdi –

OPERATİV QƏRARGAH
05 Aprel 2020 - 19:39

Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxan iki şəxs vəfat edib”.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından məlumat daxil olub.

Məlumatda bildirilir ki, 1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib:

“Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür”.