Bakıda 21 avtomobil xüsusi karantin rejimini pozub –DYP

Bakıda bu gün karantin rejiminin yoxlanması ilə bağlı 500-dən çox avtomobil saxlanılıb.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki,  Bakıda hazırda 40-dan çox yoxlanma-buraxılma məntəqələri yaradılıb:

“Sevindirici haldır ki, 500 avtomobildən yalnız 21-də xüsusi karantin rejiminin pozulması halı aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol yazılıb”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İngiltərədə koronavirusdan ölənlərin sayı 4934-ə çatıb

Sonrakı məqalə

Azərbaycanda koronavirusa yoluxan iki şəxs vəfat etdi –