Azərbaycanda koronavirusa yoluxanların sayı 584-ə çatıb

05 Aprel 2020 - 15:59

Azərbaycan Respublikasında hazırkı dövrədək 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından məlumat daxil olub.

Qeyd edək ki, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.