Azərbaycanda koronavirusa yoluxmuş 70 nəfər süni nəfəs cihazına qoşulub

26 İyul 2020 - 22:53

Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiya olanların sayı 314 nəfərdir.

APA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.

Qeyd olunub ki, xəstələrdən 70 nəfəri isə süni nəfəs cihazına qoşulub.

Xatırladaq ki, bugünədək Azərbaycanda 30 050 nəfər COVID-19-a yoluxub, onlardan 22 684-ü sağalıb, 417 nəfəri isə ölüb.