“Küləklə sovrulanlar” flminin 104 yaşlı “Oskar”lı aktrisası vəfat edib –FOTO

1939-cu ildə lentə alınan “Küləklə sovrulanlar” filmində əsas  obrazlardan biri – aktrisa Olivia de Havilland bu gün 104 yaşında vəfat edib.

TASS  xəbər veirir ki, bu barədə “Deadline” internet nəşri məlumat yayıb.

Aktrisa Parisdəki evində dünyasını dəyişib.

Qeyd edək ki Olivia de Havilland 1916-cı ilin iyulun 1-də Tokioda anadan olub.

Valideynləri ayrıldıqdan sonra “gələcək ulduz” anası və bacısı ilə birlikdə Kaliforniyaya köçüb.

18 yaşına çatanda “Warner Brothers” studiyası ona ilk müqaviləsini təklif edib.

Peşəkar karyerası boyunca de Havilland iki dəfə “Oskar” mükafatına, iki dəfə “Qızıl Qlobus”a layiq görülüb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

General Polad Həşimovun qızı:

Sonrakı məqalə

Azərbaycanda koronavirusa yoluxmuş 70 nəfər süni nəfəs cihazına qoşulub