Azərbaycanda koronavirusdan vəfat edənlərin yaş bölgüsü açıqlandı

24 Aprel 2020 - 20:15

Azərbaycanda koronavirusdan vəfat edən şəxslərin yaş bölgüsü açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, koronavirusdan vəfat edənlərin 5 faizi 40-49, 24 faizi 50-59, 30 faizi 60-69, 14 faizi 70-79 yaşda olanlar, 19 faizi isə yaşı 80-dən yuxarı olan şəxslərdir. (APA)