Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İspaniyada dəhşətli qatar qəzası – Onlarla ölən, yüzlərlə yaralı var

User 28 Oktyabr 2026 - 15:58 (Last updated: 28 Oktyabr 2026 - 15:58)
qatar qeza ispan

İspaniyada sürətli qatarların toqquşması nəticəsində çoxsaylı insan həlak olub, yüzlərlə sərnişin yaralanıb. Madrid–Sevilya marşrutunda baş verən dəhşətli qəza ölkədə ciddi narahatlıq yaradıb. Hadisənin səbəbləri hələlik məlum deyil.

İspaniyanın Toledo vilayətində, Orqas və Urda şəhərləri arasında Renfe və Iryo şirkətlərinə məxsus sürətli qatarlar toqquşub. Qəzadan sonra Madridlə Sevilyanı birləşdirən dəmir yolu marşrutunda qatarların hərəkəti dayandırılıb.

Ölən və yaralananların sayı ilə bağlı fərqli məlumatlar yayılıb. İspaniyanın El País qəzeti qəza nəticəsində azı 30 nəfərin öldüyünü, 80 nəfərin yaralandığını yazıb. Antena 3 telekanalı isə ölənlərin sayının ən azı 50-yə, yaralıların sayının isə 179-a çatdığını bildirib.

Hadisə zamanı qatarlarda yüzlərlə sərnişin olub. Antena 3-ün məlumatına görə, Iryo qatarında körpə də daxil olmaqla 147 sərnişin, Renfe sürətli qatarında isə 397 sərnişin olub.

Sərnişinlər qatarın içindən bayıra atılıb

Qəzadan sağ çıxan 54 yaşlı Xesus Xeronimo hadisənin dəhşətli anlarını El País qəzetinə danışıb. Onun sözlərinə görə, qəfil güclü sürətlənmə hiss edib və qarşısındakı oturacağa çırpılıb. “İnsanlar qatardan bayıra atılırdı. Biz relsdən çıxdığımızı düşündük. Sonra yavaş-yavaş çölə çıxdıq və qatarımızın yana əyildiyini gördük. Çoxlu yaralı var idi, bir çox insan isə güclü şok vəziyyətində idi”, – deyə o bildirib.

İspaniyanın baş naziri tədbirlərini ləğv edib

İspaniyanın Baş naziri Pedro Sançes qəza ilə əlaqədar gün ərzində planlaşdırılan bütün tədbirlərini ləğv edib.

Hökumət başçısı X sosial şəbəkəsində Toledo yaxınlığında baş verən ağır dəmir yolu qəzasından sarsıldığını yazıb. O, hadisənin baş verdiyi Kastiliya-La-Mança muxtar icmasının rəhbəri və nəqliyyat naziri ilə əlaqə saxladığını bildirib.

Qəzanın dəqiq səbəbləri, eləcə də ölən və yaralananların yekun sayı ilə bağlı rəsmi məlumatların dəqiqləşdirilməsi gözlənilir.

AzPost.az

Post navigation

Previous: Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır”
Next: Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb

Oxşar xəbərlər

qeter
  • Dünya

Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb

User 28 Oktyabr 2026 - 16:14
putin
  • Dünya

Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır”

User 28 Oktyabr 2026 - 15:37
israil
  • Dünya

İsraildə seçki dalanı – Netanyahu lazım olan 61 mandatı qazana bilmir

User 28 Oktyabr 2026 - 14:06

xƏBƏR

qeter
  • Dünya

Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb

User 28 Oktyabr 2026 - 16:14
Qətər İran və ABŞ-İsrail müharibəsinin dayandırılması ilə bağlı yeni razılaşma təklif edib. Reuters agentliyinə danışan mənbənin bildirdiyinə...
Read more about Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb
İspaniyada dəhşətli qatar qəzası – Onlarla ölən, yüzlərlə yaralı var qatar qeza ispan
  • Dünya

İspaniyada dəhşətli qatar qəzası – Onlarla ölən, yüzlərlə yaralı var

User 28 Oktyabr 2026 - 15:58
Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır” putin
  • Dünya

Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır”

User 28 Oktyabr 2026 - 15:37
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı ramiz
  • Sosial

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

User 28 Oktyabr 2026 - 15:15
Bu 3 bürcün həyatı yaxşılığa doğru dəyişəcək burcler
  • Maraqlı

Bu 3 bürcün həyatı yaxşılığa doğru dəyişəcək

User 28 Oktyabr 2026 - 14:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.