Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

21 İyul 2020 - 23:44

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 21-nə olan statistik göstəriciləri açıqlayıb.

Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 034 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 641 732 test aparılıb. Aktiv xəstə sayı 7 927 nəfərdir, onlardan 332 nəfər reanimasiyadadır, 66 nəfər isə süni tənəffüs aparatına qoşulub.