Azərbaycanda koronovirusa yoluxanların sayı 443 nəfərə çatıb –

OPERATİV QƏRARGAH
04 Aprel 2020 - 09:37

Hazırkı dövrədək Azərbaycanda 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Azpost.info bildirir ki, bu barədə Nazirlər Kabinetinin Operativ Qərargahının açıqladığı məlumatda deyilir. Onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.