12 minə yaxın qurumun 158 min 170 əməkdaşına hərəkət icazəsi verilib

Əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən icaze.e-gov.az portalı üzərindən müraciətlərin ilk günü arxada qaldı.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, proses bu gün, 3 aprel saat 10:00-da başladı. İlk gündə 11 min 986 qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqləndi.

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatıb

Sonrakı məqalə

Azərbaycanda koronovirusa yoluxanların sayı 443 nəfərə çatıb –