“Azərbaycanda olan xarici hərbçilərin statusu müəyyənləşdirilməlidir” –Deputat Qüdrət Həsənquliyev

“Ölkəmizdə olan xarici hərbçilərin statusunun müəyyənləşdirilməsinə ehtiyac var”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, xarici hərbçilərin statusu ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur: “Onların hüququ statusu ilə bağlı məsələ həllini tapmalıdır. Məsələn, onların toxunulmazlıq hüququ varmı? Yaxud işğaldan azad edilmiş ərazilərdə olan sülhməramlılar, monitorinq mərkəzində olan hərbçilər var. Orada hər hansı cinayət törədilsə onların hansı hüquqları olacaq?! Ya yeni qanun qəbul edilməlidir, ya da Azərbaycan hökumətinin sülhməramlı kimi digər ölkələrdə iştirakı ilə bağlı qanuna yeni fəsil əlavə edilməlidir”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir