“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” pensiya işlərinin arxivləşdirilməsi üzrə müvafiq sənədlərin elektronlaşdırılması məqsədilə iş və xidmətlərin satın alınmasına dair keçirilən tenderin qalibini müəyyən edib.
“APA-Economics”in “Elektron satınalma” portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, Agentliyin elan etdiyi tenderin qalibi “Quadra” şirkəti seçilib. Şirkətlə ümumi dəyəri 85 min. manatdan çox təşkil edən müqavilə imzalanıb.