2024-cü ilin yanvar-iyun aylarında xarici ticarət üzrə əməliyyatların həcmi 22,2 milyard dollar təşkil edib.
Bunun da 13,3 milyard dolları ixrac əməliyyatlarının, 8,9 milyard dolları isə idxal əməliyyatlarının payına düşüb.
Azpost.info bildirir ki, bu barədə Maliyyə Naziriyinin 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.
Nəticədə xarici ticarət hesabında 4,4 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə xarici ticarət dövriyyəsi 6,0 faiz, idxal 6,7 faiz, ixrac isə 5,7 faiz azalıb.
2024-cü ilin birinci yarısında qeyri-neft/qaz məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən faktiki qiymətlərlə 10,0 faiz, real ifadədə 19,1 faiz azalaraq 1596,1 milyon dollara bərabər olub.
Azpost.info