Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycanda saatlıq əməkhaqqı

Orkhan Ali 19 İyun 2025 - 16:41 (Last updated: 19 İyun 2025 - 16:09)
Pullar

Pullar

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlı müzakirələr aktuallaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, məsələ ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid bir neçə ildir müzakirə edilir. Xarici ölkələrdə saatlıq əməkhaqqı sistemi geniş yayılıb və bu sistem hüquqi baza, sosial təminat və vergi mexanizmləri ilə dəqiq şəkildə tənzimlənir.

Qeyd edək ki, yaxın illərdə ölkədə bu sistemə mərhələli şəkildə keçidin baş verəcəyi ehtimal olunur.

“Düşünürəm ki, əməliyyat sisteminin dəyişdirilməsi və saatlıq əmək haqqı sisteminə keçidlə bağlı qərarın qəbul edilməsi, ilk növbədə beynəlxalq qurumların tələblərinin icrası və reytinq qiymətləndirmə metodologiyalarının öhdəliklərinə uyğunluq baxımından gündəmə gəlib”.

AzPost xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov söyləyib. Onun sözlərinə görə, Azərbaycanda da bu məsələ ilə bağlı müəyyən addımlar atılıb və Əmək Məcəlləsində saatlıq əmək haqqının hesablanmasına dair metodologiyanın hazırlanması nəzərdə tutulub:

“Bu proses, təbii ki, mühasibatlıq sahəsində inzibati yük yaradır və bəzi hallarda texniki çətinliklər və anlaşılmazlıqlara səbəb olur. Öz növbəsində bu problem həll ediləcəkdir.  Lakin əgər bu keçid düzgün tənzimlənərsə və şəffaflıq təmin olunarsa, əmək bazarında əlavə iş saatlarının və faktiki əmək haqqının daha dəqiq hesablanması üçün əsas yarana bilər”.

İqtisadçı əlavə olaraq bildirib ki, saatlıq əmək haqqı sisteminə keçidin əmək haqqının artımına birbaşa təsiri yoxdur:

“Bu, yalnız o halda mümkün olar ki, saatlıq minimum əmək haqqının hesablanmasında nəzərə alınan meyarlar artırılsın. Məsələn, hazırda 400 manatlıq aylıq minimum əmək haqqı əmək saatlarının sayına bölünərək saatlıq məbləğ müəyyən olunarsa, bu, real təsir göstərməyə bilər. Əgər saatlıq minimum əmək haqqı indiki göstəricilərlə müqayisədə iki dəfə artırılarsa, bu, daha məqsədəuyğun olar”.

R.Həsənov həmçinin vurğulayıb ki, bu yanaşma həm də hökumətin strateji hədəfi olan minimum əmək haqqının orta aylıq əmək haqqının 65%-nə çatdırılması məqsədinə xidmət edə bilər:

“Eyni zamanda, bu dəyişikliklər əhalinin, xüsusilə orta statistik məşğul şəxslərin ailə büdcəsinin əsas ehtiyaclarını qarşılaması baxımından da vacibdir. Mövcud qiymət artımı  fonunda bu, sosial sabitliyin qorunması üçün əhəmiyyətlidir”.

“Lakin ümumilikdə qeyd etmək lazımdır ki, əgər yeni metodologiya tətbiq edilərkən şəffaflıq təmin olunmasa və əsas indikatorlar kifayət qədər yüksək səviyyədə müəyyənləşdirilməsə, bu dəyişiklik əmək haqqının real artımına səbəb olmayacaq”,- deyə iqtisadçı bildirib”.

AzPost.az

Post navigation

Previous: Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir –
Next: “Liverpul” klub tarixinin ən bahalı transferinə yaxınlaşıb

Oxşar xəbərlər

trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.