Azərbaycanda son sutkada 1289 nəfər COVID-19-a yoluxub-

409 nəfər sağalıb
07 Avqust 2021 - 16:38

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1289 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 350605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334667 nəfər müalicə olunaraq sağalıb, 5056 nəfər vəfat edib, aktiv xəstə sayı 10882 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12625, ötən müddət ərzində isə ümumilikdə 4107190 test aparılıb.